Sumqayıtda İbrahim İlyaslının yubileyi qeyd edilib

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Xeberle.com xəbər verir ki, tədbirdə MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak ediblər.
Aparıcı MM Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı tədbiri giriş sözü ilə açaraq iştirakçıların alqışları ilə yubilyarı səhnəyə dəvət edib.
Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışıb və onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd edib.
Yubiley gecəsinin ilk musiqi töhfəsi – “Sumqayıt” Milli Kamera ansanblının ifasında şairin “Sumqayıt” şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı ansanblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer alıb və alqışlarla qarşılanıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin deputatı Müşviq Məmmədli şairi 60 illik yubileyi münasibəti ilə təbrik ediblər. İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndiriblər və ona qiymətli hədiyyə təqdim ediblər.
Azərbaycan yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB “Fəxri Diplom”unu yubilyara təqdim edib və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırıb, onu idarənin Fəxri Fərmanı ilə təltif edib.
Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışıb və ona “Təşəkkür Məktubu” təqdim edib.
Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, şair Marina Karyagina özünün Azərbaycan sevdasından danışıb və burada ədəbiyyatın rolunu yüksək dəyərləndirib, İbrahim İlyaslını yubileyi münasibəti ilə təbrik edərək, ona Yazıçılar İttifaqının mükafatını təqdim edib.
Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov çıxış edərək, yubilyarı təbrik edib və ona xatirə hədiyyəsi təqdim edib.
“Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxış edərək, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açıb və İbrahim İlyaslını Birliyin təsis etdiyi “Səməd Vurğun” diplomu ilə təltif edib. Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, S.Vurğunun Ev muzeyinin direktoru Vurğun Vəkilov təqdim edib.
Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şair Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasında və inkişafındakı xidmətlərindən söz açıb, onu yubileyi münasibəti, şəhərin ədəbi ictimaiyyəti adından təbrik edib.
Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şair Adil Nəzər şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.
Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar çıxış edərək, şairi 60 illik yubileyi münasibəti ilə təbrik edib və onu DGTYB-nin 25 illik Yubiley Medalı ilə təltif edib.
Tədbirin sonunda çıxış edən yubilyar tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirdi və “Zəfər Marşı” şeirini səsləndirib.









10-04-2023, 12:43 160

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102