Özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edən dələduz, Sumqayıt sakinini aldadaraq 32 min manatı mənimsəyib


Bakıda özünü vəzifəli şəxsin kürəkəni kimi təqdim edib keçmiş məmurları işə düzəldəcəyinə söz verən şəxs həbs edilib. 
“Qaynarinfo”nun məlumatına görə, 5 avqust 1984-cü ildə Astara rayonu, Təngərüd kəndində anadan olmuş Valeh Şəkərov (soyad şərti) bir neçə vətəndaşın etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib. 
Məhkəmənin qərarı ilə Valeh Cinayət Məcəlləsinin 66.3-cü maddəsi təqsirli bilinib və qəti olaraq 6 il 8 ay 12 gün azadlıqdan məhrum edilib.
O əvvəlcə "Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzinin Oruc adlı sahibini Ədliyyə Nazirliyində çalışan Tamara adlı həyat yoldaşı vasitəsilə aldadıb. Valeh 2014-2015-ci illər ərzində Oruca söz verib ki, rəhbəri olduğu qurumun Şəmkir rayonu ərazisində yerləşən 1,5 hektar torpaq sahəsini özəlləşdirə bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin rəhbər vəzifəli şəxsləri ilə birbaşa münasibəti var. Bu yolla Orucun həyat yoldaşı Tamaradan 40 min manat alaraq mənimsəyib. 
Bundan başqa Valeh Oruc və həyat yoldaşı Tamaraya məxsus "Günəş” Beynəlxalq Uşaq Sağlamlıq Mərkəzini bir milyon manata satacağına söz verib. Bunun üçün onlardan etibarnamə alıb. Daha sonra təqsirləndirilən şəxs etibarnamədən istifadə edərək mərkəzin sənədlərini düzəltmək adı altında başqa bir tanışından 65 min manat pul alaraq mənimsəyib. 
Valeh Təhsil Nazirliyinin özəl universitetlər üzrə keçmiş kuratoru İlyar Vahabovu da qardaşı vasitəsilə aldadıb. Belə ki, özünü sahibkar kimi təqdim edən və vəzifəli şəxslərlə əlaqədə olduğunu deyən Valeh İlyar Vahabovu Təhsil Nazirliyinə şöbə müdiri vəzifəsinə təyin etdirəcəyinə söz verib və 2017-ci ildən 2019-cu ilin aprel ayınadək ümumilikdə 100 min manat pul alıb. 

İlyar Vahabov
6 il Siyəzən Rayon Mərkəzi Poliklinikasının baş həkimi vəzifəsində çalışmış Əhməd Quliyev də Valehin qurbanı olub. Belə ki, Siyəzəndən Bakıya gediş-gəliş çətin olduğundan Əhməd Quliyev 2021-ci ilin mart ayında işdən şəxsi istəyi ilə çıxıb. Bundan sonra işsiz qalan həkim yenidən vəzifə sevdasına düşüb və buna görə Valehlə görüşüb. 

O, həkimə özünü yüksək vəzifəli şəxsin kürəkəni kimi təqdim edərək onu Bakı şəhəri 6 nömrəli Birləşmiş Şəhər və ya Abşeron Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin edəcəyinə söz verib. Buna görə, Əhməd Quliyevi 45 200 manat rüşvət qismində verilməsinə inandırıb. Həkim həmin vəsaiti ona verib.


Valeh, həmçinin 2017-ci ilin iyulun 14-də Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarına "Makarov” markalı tapança ilə 3 dəfə atəş açdığına görə həbs edilən Sumqayıt şəhər sakini Novruzov Eldar Ağabala oğlunu azadlığa buraxdıracağına söz verərək ailəsindən 32 min manat alaraq mənimsəyib. O, Eldar Novruzovun cinayət məsuliyyətindən azad edilib həbsdən buraxılması üçün prokurorluğun rəhbər şəxslərinə 32 min manat verməli olduğuna qarşı tərəfi inandırıb.
Valeh məhkəmə iclasında özünü göstərilən faktlar üzrə təqsirli bilməyib.

13-04-2023, 10:00 140

Digər xəbərlər

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1068