Sumqayıtda Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib



Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Sumqayıt şəhərində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib.
"Report" xəbər verir ki, konfransda Sumqayıt şəhər, Sumqayıt hərbi və Abşeron, Qubadlı, Zəngilan rayon prokurorluqlarının əməkdaşları, hüquq mühafizə və digər dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.
Prokurorluq əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara ulu öndərin həyat yolu barədə maraqlı faktlar təqdim edilib.
Konfransın açılışında ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərinə dair “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda çıxış edib.
Konfransda Abşeron rayon prokuroru Qabil Qasımov “Heydər Əliyev və liderlik”, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekanı Adil Baxşəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, Sumqayıt şəhər prokurorunun köməkçisi Sevinc Qasımova “Heydər Əliyev və Azərbaycanda gender bərabərliyi”, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə “Heydər Əliyevdən bizə miras qalmış dəyərlər” mövzularında çıxış edib.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Heydər Əliyevin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, Sumqayıt şəhərinə diqqət və qayğısı barədə ətraflı məlumat verib.
Tədbir iştirakçıları Baş Prokuror Kamran Əliyevin ideya müəllifliyi ilə Baş Prokurorluğun hazırladığı “Heydər Əliyev salnaməsi” adlı filmə baxıb.

12-04-2023, 19:47 128

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102