Sumqayıtda parkda köhnə tanışlar arasında DAVA



Sumqayıt şəhərində 1973-cü il təvəllüdlü Azər şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ruhidə xəsarət yetirib.

Sumqayit.tv
bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 1-ci mikrorayon istiqamətində Göyərçin parkı ərazisində yerləşən "Star Rooms'' restoranının yaxınlığında baş verib. 

Azər orada tanışı Ruhidi döyərək ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, Ruhid ilə təxminən 10 il əvvəl tanıyıb: 

“Özüm həmin vaxt avtobus sürmüşəm, Rahid də mənimlə birlikdə işinə gedib-gəlib. Həmin vaxtdan da onunla  münasibətimiz yarandı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 23.00-da Göyərçin parkı ərazisində gəzdiyi zaman "Star Rooms" restoranının yaxınlığında Rahidi görüb: 

“Onunla söhbət etməyə başladım. Söhbət zamanı da Ruhidlə tanış olduğum müddətdə almış olduğu qaz sobasına görə borclu qalmış olduğu 20 manatı tələb etdim. Rahid də hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman mənə olan 20 manat borcunu ödəyəcəyini dedi. Lakin bir neçə ildir ki, onu görmədiyimi, buna görə də pulumu indi istədiyimi bildirdim. Buna görə də Rahid əsəbləşdi, yenə imkanının olmadığını bildirərək üvanıma nalayiq ifadə bildirdi. Bundan sonra Rahidin üzərinə getdim. Həmin vaxt Rahidin sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurdum. Rahid də barəmdə polisə müraciət edəcəyini dedi”. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən məhkəmə Azərin barəsində olan cinayət təqibinə xitam verib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

2-05-2023, 10:16 175

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102