Hamilə xanımını döyərək öldürən Saray qəsəbə sakininin məhkəmə prosesi başlayıb


Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.
 
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
 
Qeyd: 2022-ci il ktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı “Al Market” mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbləşib, qızını cəzalandırmaq məqsədi ilə yaşadıqları evin həyətindən boru parçasını götürüb uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək öldürüb.

4-08-2023, 09:23 124

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 23:18
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102