Sumqayıt məhkəməsi yüksək vəzifədə çalışmış qadın həbs etdi


Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyeva həbs edilib.
Sumqayit.tv-
nin əldə etdiyi məlumata görə, Hökümə Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
O bildirib ki, 2019-cu ildı Hökümə Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib. Lakin o, verdiyi vədə əməl etməyib.
O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.
Araşdırmalar zamanı X.Əyyubzadə ilə Hökümə Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəlliməsinin tanış etdiyi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.
Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.
Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva 5 il müddətinə həbs cəzasına məhkum edilib.

19-09-2023, 10:00 149

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102