Sumqayıt yolundakı tıxacın ƏSL SƏBƏBLƏRİ və SƏBƏBKARI


Bakı-Sumqayıt yolundakı tıxaclar hər zaman müzakirə mövzusu olub. Xüsusilə də yağışlı və qarlı havalarda bu yolda hərəkət iflic olur.
Sumqayit.tv xəbər verir ki,  bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda sıxlığın yaranmasının iki səbəbi var. Müsahibimiz səhər saatlarında Bakı, axşam saatlarında isə Sumqayıt istiqamətində tıxacların olduğunu xatırladıb:
“Səbəb isə odur ki, Sumqayıtda yaşayanların yarıdan çoxu paytaxtda işləyir və nəticədə, səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Lakin həmin yolun tutumu buna hesablanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandası bərbad bir nəqliyyat siyasəti yürütdü və hazırda yaşadığımız problemlərin bir çoxunda bunun mənfi rolu var”.
Ekspert qeyd edib ki, Xırdalan dairəsində körpü variantı tətbiq edilmədiyinə görə sürücülər həmin ərazidə tıxaca düşürlər:
Yolun ötürücülük qabiliyyəti dairədə hərəkət edən nəqliyyat vasitələrinə münasibətdə güclü deyil.  “Şamaxinka” adlanan ərazidə, eyni zamanda tunelin girişində də vəziyyət eynidir. Vaxtilə “20 yanvar” dairəsini şaxələndirmək lazım idi, amma etmədilər. Oradakı körpü əslində şaxələnməli idi – yəni, məsələn, o körpüyə qalxıb “Şərifzadə” və ya “Zərdabi küçəsi”nə, “Qələbə dairəsi” istiqamətinə, sola “Ziya Bünyadov prospekti”nə gedə bilərdiniz , və ya geriyə dönüb tunelə qayıtmağa imkan yarada bilərdilər. Məcbur deyil ki, hamı gedib “20 yanvar dairəsi”nə girsin, daha sonra Şamaxinkaya qayıtsın, yaxud “Ziya Bünyadov prospekti”nə dönsün, “Şərifzadə küçəsi”nə getsin və.s. Qısası, körpü şaxələnsəydi, problemlər yaşanmazdı. Bakı-Sumqayıt  yolunun əsas problemi “20 yanvar” və Xırdalan dairələridir. Ziya Məmmədov orada bir yara qoyub gedib və bu gün həmin yaranı sağlatmaq çox çətindir”.

19-09-2023, 12:30 159

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102