Sumqayıtda orta məktəbin qarşısında qanlı dava — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 2005-ci il təvəllüdlü Emin şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Asifi bıçaqlayıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 7 sentyabr 2022-ci ildə, gecə saat 2 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində baş verib. 

Emin tanışı Asiflə həmin ərazidə yerləşən 4 nömrəli tam orta məktəbin qarşısında aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla bir dəfə zərbə vurub.

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Asifi əvvəl yaşadığı məhəllədən tanıyıb: “Hadisə günü 4 nömrəli məktəbin qarşısında dayandığım zaman Asif mənə zəng etdi və harada olduğumu soruşdu. Mən isə ona 4 nömrəli məktəbin qarşısında olduğumu söylədim. Daha sonra Asif olduğum yerə gəldi. Biz danışarkən sözlərimiz düz gəlmədi. Asif mənə söyüş söydüyü üçün onu bıçaqladım”.

Təqsirləndirilən şəxs bildirib ki, bıçağı evdən götürüb, özünü qorumaq məqsədilə üzərində gəzdirib: “Asif mənə zəng etdikdən sonra evə getdim və bıçaq götürdüm. Bizim aramızda mübahisə zarafat üstündə oldu. Asiflə aramızda mübahisə olacağından, ona gücüm çatmayacağından ehtiyat etdiyim üçün bıçağı özüm ilə götürmüşəm. Əməlindən çox peşmanam”.

İş üzrə zərərçəkmiş Asifin sözlərinə görə, əmisigil ilə birlikdə yaşayır: “Atam Almaniyada müalicə alır. Anam ilə atam təxminən 10 il bundan öncə ayrılıblar. Tural və Emini çoxdan tanıyıram, dost münasibətimiz var. 6 sentyabr 2022-ci ildə, saat 15 radələrində Tural ilə görüşdüm. Axşama qədər birlikdə vaxt keçirdik. Saat 17 radələrində marketdən “Go” adlı spirtli içki alıb qəbul etməyə başladım. Gecə saat 1 radələrində Turala dedim ki, Nicatla əlaqə saxlayaraq harada olduğunu soruşsun. Tural da Nicatla əlaqə saxladı, Nicatın 4 nömrəli məktəbin həyətində olduğunu dedi. Bir yerdə oraya getdik və Nicatın yanında Eminin də olduğunu gördüm. Bir müddət ümumi söhbət etməyə başladıq”. 

Zərərçəkmiş deyib ki, bundan sonra Eminlə əl-qol zarafatı etməyə başlayıb: “Həmin vaxt Emin mənə zarafatı yığışdırmağımı, biraz ciddi olmağımı dedi. Bu söz mənə təsir etdi. Eminə balaca olduğunu, onunla ciddi danışa bilməyəcəyimi dedim. Bundan sonra özümü saxlaya bilmədim və Emini söydüm. Həmin vaxt Emin belindən bıçaq çıxararaq üzərimə gəldi. Mən də bu zaman yerdən taxta parçası götürdüm. Emin sol sinə nahiyəmdən bir dəfə vurdu. Mən də taxta ilə onu vurdum. Bundan sonra bədənimdən qan axdığını gördüm.

Həmin vaxt pilləkəndə əyləşdim və Tural gələrək koftamı qaldırdi və baxdı. Həmin vaxt Emin qanı görərək qorxduğundan qaçaraq uzaqlaşdı. Tural da təcili tibbi yardıma zəng etdi və bir müddət sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılaraq əməliyyat olundum”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eminin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi ttəbiq olunub. 

Ona 2 il 6 ay sinaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

25-09-2023, 14:40 136

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964