Sumqayıtda sabiq məmuru avtomobillə vuraraq öldürən 37 yaşlı Timur Məmmədova hökm oxunub.Sumqayit.tv xəbər verir ki, hadisə ötən il oktyabrın 10-u dənizkənarı bulvar ərazisində qeydə alınıb.
“Chevrolet Camaro” markalı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vuraraq öldürən sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Banklardan birinin əməkdaşı olan Timur qəza zamanı avtomobili yüksək sürətlə idarə edib.
Mərhum Ç.Alxanlının ailəsi ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan sürücüyə ağır cəza verilməsini tələb edib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə T.Məmmədova 2 il sürücülük hüququ məhdudlaşdırılmaqla 5 il 1 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, ehtiyatda olan polis polkovniki Çingiz Alxanlı Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisidir. O, “Fika Montino” brendinin yaradıcısı Fikrət Allahverdiyevin qudası olub.