Türkiyə vətəndaşına qarşı quldurluq edən Sumqayıt sakini həbs olundu QƏRAR



Gəncə Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Tağıyev, Kənan Abbasov və Ramin Sadıqovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Sumqayit.tv-
in əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: 2021-ci il sentyabrın 20-i gecə saatlarında, Türkiyə Respublikasının vətəndaşı Rəcəb Pəhlivan Mustafa Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiyini deyib. Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon Qırlı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunmuş Rasim Tağıyev, həmyerlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqov ilə birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Rəcəb Pəhlivan Mustafanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar. Daha sonra K. Abbasov əlindəki vintaçan ilə onu öldürəcəyi ilə hədələyən zaman R.Tağıyev onun cibindən 420 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar. Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Tağıyevlə Kənan Abbasov 9 il, digəri isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

12-10-2023, 10:14 182

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102