"POLAD TEXNO" Groupa daxil olan “Sumqayıt Superfosfat” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, Sumqayıt Superfosfat zavodunu məhkəməyə verən tərəf isə Cabbarov Əbilfəz Səttar oğludur. Ə.Cabbarov məhkəmədə zavod rəhbərliyi barəsində “Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi” iddia qaldırıb.
İşə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Gülnarə Tağızadənin sədrliyi ilə baxılacaq.