Borc pul üstündə düşən mübahisə zamanı qonşusunu öldürdü - Təfərrüat


Sumqayıt şəhərində qonşusunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Vüsal Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sumqayit.tv
xəbər verir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsindəki 2 saylı yataqxananın arxasında Laçın rayon sakini, 1990-cı il təvəllüdlü Toğrul Əstanovun  meyiti tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edildiyindən Toğrul Əstanovun qətlə yetirildiyi üzə çıxıb. Həmin gecə cinayəti törədən Vüsal Xəlilov könüllü olaraq 3-cü polis bölməsinə gələrək təslim olub.
İstintaqa verdiyi ifadəsində Vüsal Xəlilov bidirib ki, dekabrın 7-si səhər saat 8 radələrində Xəyal adlı iş rəhbəri həmişə olduğu kimi maşınla onun dalınca gəlib və birlikdə Mehdiabad qəsəbəsinə gediblər. 
Axşam geri qayıtdıqda o, yoldaşları ilə Sumqayıtda yerləşən çayxanaya gəlib. Orada 1-2 saat oturandan sonra Vüsal həyətlərində fəaliyyət göstərən çayçıya yollanıb və bir masanın arxasında oturub özünə pivə sifariş edib. Bir müddət sonra həmin çayxanaya Toğrul Əstanov və digər tanış uşaqlar gəliblər. Toğrul ona sataşmağa başlayıb. 
Belə ki, qonşusu ondan əvvəllər borc kimi aldığı 10 manat pulu qaytardığını, Vüsal isə həmin pulu ona vermədiyini deyib. Əslində Astanov bir dəfə cibindən 20 manat çıxarıb ona uzadıb. Xəlilov isə qaytarmağa 10 manatı olmadığını deyib. Ona görədə pul Toğrulda qalıb. 
Əstanov istəyib ki, pulu qaytardığını onun boynuna qoysun və o da uşaqların yanında etiraf etsin ki, güya 10 manatı ondan alıb. Amma Vüsal hər şeyi olduğu kimi danışdığına görə Toğrul ünvanına ağır söyüşlər söyüb. //olke.az
ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Vüsal Xəlilov əlavə edib ki, qonşusu ondan fiziki cəhətdən güclü olduğuna görə ona cavab qaytarmayıb. Amma orada əyləşən kənar şəxslərin yanında pərt olub. 
Çayxananın sahibi dava-dalaş olmasından ehtiyat edərək obyekti bağlıyacağını bildirib və hamının çölə çıxamasını xahiş edib. Küçəyə çıxdıqda Toğrul yenədə onu söyərək döyməyə başlayıb. Şahidlər onları aralayandan sonra Vüsal evə qalxıb. Sakitləşə bilmədiyinə görə Əstanovu öldürmək qərarına gəlib. Anasını oyatmadan sakitcə mətbəxdən bıçağı götürüb gödəkcəsinin altında gizlədib və həyətə düşüb.
Həyətdə Toğrulu görüb onunla söhbət etmək istədiyini bildirib. Birlikdə ağaclığa tərəf getməyə başlayıblar. Yanlarında olan bir-iki nəfərdə gəlmək istəyərkən Əstanov söyüş söyərək acıqlı şəkildə gəlməmələrini deyib. 
Yol boyu Vüsal Toğrula camatın yanında onu söyüb alçalatmamasını və qardaşına hörmət etdiyini deyib. Amma sonuncu onun sözlərinə əhəmiyyət verməyərək yenədə söyüşlə danışıb. Toğrulun hərəkətlərinə dözə bilməyən Xəlilov qəflətən çıxardığı bıçaqla onun döş nahiyyəsindən güclü zərbə endirib. Qonşusu dərhal yerə yıxılıb. O, isə bıçağı ağacların arasına tullayıb. Kənarda dayanan tanışlarına Toğrulu vurduğunu deyib. 
Məhkəmə prosesində Vüsal Xəlilov itiham üzrə özünü tam təqsiri hesab edərək əməlindən peşman olduğunu bildirib. 
Zərərçəkmiş şəxsin hüquq varisi təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.
Sonda məhəkəmnin hökmü ilə Vüsal Xəlilov 13 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən apellyasiya şikayəti verilib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına görə Xəlilovun cəzası 10 il 6 aya endirilib.

28-11-2023, 10:10 432

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102