44 yaşlı kişi bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Vüsal bacısı Nigara (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki,  2010-cu ildə bacısı Nigar boşanaraq yaşadıqları ata evinə gəlib: “Gəldiyi gündən aramızda mübahisələr yarandı. Mübahisə zamanı Nigar məni nalayiq ifadələrlə təhqir etdi. Sonuncu dəfə saat 15 radələrində bacım evə gəldi. Həmin vaxt mən bacımın yatdığı yataq dəstində uzandım. Bunu görən bacım mənə bununla bağlı irad tutdu. Bu zaman bacıma eyni hərəkətlərin onun da etdiyini söylədim. Bacım məni təhqir etməyə başladı. Daha sonra bacım evdə səs-küy salmağa başladı, evdə olan şkafın şüşəsini sındırdıqda mən də şillə ilə onun sifətinin sol yan nahiyyəsindən vurdum”. 

İş üzrə zərərçəkmiş Nigarın sözlərinə görə, 2010-cu ildə həyat yoldaşından boşandıqdan sonra atasının evində atası, qardaşı və oğlu ilə birlikdə yaşamağa başlayıblar: “Boşandığım gündən qardaşım ilə aramızda mübahisələrimiz olub. Mübahisənin səbəbi kimi ata evinə gəldikdən sonra qardaşımın mənə evdə payım olmadığını söyləməsi, hər dəfə bu səbəbdən mənə nalayiq ifadələr işlətməsi olub. Sonuncu dəfə hadisə günü həkimdən evə gəldikdə qardaşımın yerimdə uzandığını gördüm. Qardaşımdan yerimdə uzanmamasını, yerimi çirkləndirməməsini tələb etdim. Bunu dedikdə qardaşım məni nalayiq ifadələrlə təhqir etdi və mübahisə yaratdı. Mübahisə zamanı şillə ilə sifətimin sol yan hissəsindən vurdu”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Demokrat.az

17-01-2024, 09:00 166

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102