Sumqayıtda vəzifəli şəxsi bıçaqlayan kişiyə hökm oxunub


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Yunusovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. 
Sumqayit.tv
pravda.az-a istinadən xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi keçirilən prosesdə hökm oxunub. 
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd: 2022-ci il sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 
Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. 
Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

İttihama görə, hadisə namus üstündə baş verib. 
Belə ki, 2017-ci ildən Sumqayıt şəhəri Telefon qovşağında Cari planlama sektorunun müdiri vəzifəsində çalışan İlkin İbişovla Rahibin rəsmi olaraq boşandığı, lakin birlikdə yaşadığı həyat yoldaşı Sona (şərti) evə internet xətti çəkdirən zaman tanış olub. Onlar vatsap vasitəsilə yazışanda Rahib arvadından şübhələnib. Xüsusi proqram vasitəsilə ilə həyat yoldaşının vatsapını izləyib. 
Hadisə günü evdən işə getmək adı ilə çıxıb, lakin çöldə gözləyib. Bu zaman İlkin onların evlərinin qarşısında "Mercedes" markalı avtomobilini saxlayıb. Arvadı ilə azyaşlı qızı maşına əyləşib və onlar ərzindən uzaqlaşıblar. Rahib isə taksiyə əyləşərək maşını onların arxası ilə sürdürüb. İlkin əvvəl məktəbin qarşısında avtomobili saxlayıb, Rahibin qızı məktəbə gedib. Sonra onlar dənizkənarı bulvara gəlib. Sona maşından düşüb qarşı tərəfdə əyləşib. Rahib "Mercedes"ə yaxınlaşanda o, İlkinin arvadının əlindən tutduğunu görüb. Bu zaman o, maşının qapısını açaraq İlkinin yaxasından tutub çölə çıxardıb. Sona isə avtomobildən düşürərək qaçıb. Dava zamanı Rahib İlkinə ümumilikdə 17 bıçaq zərbəsi vurub. 
Daha sonra xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. 

20-02-2024, 10:05 188

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102