Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Sumqayit.tv “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Belə ki, ASC-də elektrik işləyən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Vaqif oğlu Quliyev iş görən zaman onu cərəyan vurub.
Termik yanıq xəsarətləri alan E.Quliyev xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.