Birinci Qarabağ müharibəsində itkin düşmüş Məmmədov Siyavuş Əli oğlunun qalıqları Sumqayıtda torpağa tapşırılıb.
Sumqayit.tv apa-ya istinadən xəbər verir ki, şəhidin qalıqları bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Dəfn mərasimində şəhidin doğmaları, Zəngilan rayonu və Sumqayıt şəhərinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Məmmədov Siyavuş Əli oğlu 1973-cü ildə Zəngilan rayonu Havalı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində, 1994-cü ildə döyüşlər zamanı itkin düşən Siyavuş Məmmədovun qalıqları aşkarlanıb və kimliyi müəyyən edilib.