FHN-in Sumqayıt Regional Mərkəzi məktəblilər üçün “açıq qapı” günü keçirib - FOTO


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə məktəblilər üçün “açıq qapı” günü keçirib.
FHN-dən Sumqayit.tv-yə verilən məlumata görə, Mərkəzdə reallaşdırılan tədbirdə Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt Şəhər Bölməsinin əməkdaşları, Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin və şəhərin təhsil müəssisələrinin müəllim və şagirdləri iştirak ediblər.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, habelə Nazirliyin müvafiq yerli qurumlarının fəaliyyəti ilə tanış etmək olub.
Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov çıxışlarında əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, bu günün əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bu istiqamətdə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələrin əhəmiyyəti vurğulanıb.
Sonra uşaqların hazırladıqları ədəbi-bədii hissə nümayiş olunub.
Daha sonra uşaqlar FHN-in yerli qurumlarının texniki imkanları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
FHN-in

FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in
FHN-in


1-06-2024, 13:58 186

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041