FHN COP29 ilə əlaqədar maarifləndirmə xarakterli tədbir keçirib - FOTOLAR


Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Tədbirlər planına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirmə xarakterli toplantı keçirilib. 
Nazirliyin mətbuat xidmətindən Sumqayit.tv-yə bildirilib ki, tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Sumqayıt Şəhər və Abşeron Rayon İcra hakimiyyətləri, Polis idarələri, təcili tibbi yardım stansiyalarının, Dövlət Turizm Agentliyinin müvafiq vəzifəli şəxsləri, COP29-la əlaqədar ölkəyə gələcək qonaqların yerləşdirilməsi nəzərdə tutulan, dislokasiya ərazisinə daxil olan otellərin nümayəndələri iştirak ediblər.
Tədbirdə Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev COP29 konfransının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, iştirakçılara iqlim konfransına aidiyyəti üzrə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.
Digər çıxış edənlər COP29-un Azərbaycanda keçirilməsinin kifayət qədər əlamətdar hadisə olduğunu qeyd edərək ölkəmizin BMT-nin ən böyük tədbirlərindən birinə ev sahibliyi hüququ qazanmasını növbəti tarixi qələbə adlandırıblar.
Müşavirədə COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər planı üzrə aidiyyəti məsələlərin icra vəziyyəti müzakirə olunub.
 

5-06-2024, 14:09 168

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041