Sumqayıt sakini yeyib-içdiyi tanışını döydü — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Ülvi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv-in məlumatına görə, hadisə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi ərazisində baş verib. 

Ülvi həmin qəsəbədə yerləşən fərdi yaşayış evində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Vahidə baş nahiyyəsindən yumruq zərbəsi ilə vurub. 

Hadisəni törədən Ülvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, hadisə günü, təxminən saat 21:00-da ərzaq məhsulları və araq alaraq yaşadığı evə gedən zaman küçədə Vahidlə görüşüblər: 

“Vahidi yeyib-içmək üçün yaşadığım evə dəvət etdim. Birlikdə yaşadığım evə getdik və yemək yeyərək ikimizə bir şüşə, yəni 0,5 litr araq içdik. Təxminən saat 22:00-da evdə Vahid sərxoş olduğum üçün mənimlə kobud zarafat etməyə başladı. Buna görə ona iradımı bildirdim. Vahid nalayiq söyüşlə məni söydüyü üçün əsəbləşərək yumruqla onun başından bir zərbə vurdum. Vahid başından xəsarət aldı və getdi. Səhəri gün isə Vahid onu döydüyüm üçün məndən polisə şikayət etdi”. 

İş üzrə zərərçəkmiş Vahidin sözlərinə görə, Ülvi onunla qonşuluqda tək kirayədə yaşayır və qonşu kimi münasibətləri yaxındır: 

“Hadisə günü, təxminən saat 21:00-da yaşadığım evin yaxınlığında küçədə Ülvi ilə görüşdük. Ülvi yeyib-içmək üçün məni öz evinə dəvət etdi. Birlikdə Ülvinin yaşadığı evə getdik. Yemək yeyərək ikimizə 0,5 litr araq içdik”. 

Zərərçəkmiş deyib ki, təxminən saat 22:00-da Ülvinin evində olan zaman sərxoş olduğundan onunla zarafat etməyə başlayıb: 

“Ülvi zarafatımdan narahat olduğu üçün mənə irad bildirdi. Mən dı buna görə nalayiq söyüşlə onu söydüm. Ülvi əsəbləşərək başımdan bərk bir yumruq zərbəsi ilə vurdu. Mən başımdan xəsarət aldım və oradan getdim. Səhəri gün isə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gələrək, Ülvinin məni döyməsi barədə şikayət etdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ülvinin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. //Demokrat.az

12-06-2024, 11:45 98

Digər xəbərlər

“Qarabağ” Bilbaoda məğlub oldu – İlk itki

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 22:36
Dünən, 13:53
Dünən, 12:11
Dünən, 10:21
Dünən, 09:52
21-10-2025, 13:50
21-10-2025, 11:03
21-10-2025, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 972