Sumqayıtda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb



Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq "Azərsu” ASC-nin yaratdığı xüsusi qrupların araşdırmaları nəticəsində Sumqayıt şəhərində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Sumqayıt şəhərinin 42-ci məhəlləsində yerləşən ferma və ət kəsimi sexində sudan sayğacdankənar istifadənin qarşısı alınıb. Belə ki, obyektin müqaviləsi və suölçən cihazı olsa da, sahibkar sayğaca gedən xətti kəsib. Əvəzində rezin boru ilə qeyri-qanuni xətt çəkərək sudan sayğacdankənar istifadə edib. Bundan əvvəl də həmin obyektdə analoji hal yaşanıb. Buna görə sahibkara akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi əvvəlki əməlini təkrarlayıb.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığında yerləşən quş yemi istehsal edən sexin isə, ümumiyyətlə, müqaviləsi və sayğacı yoxdur. Obyekt sahibi Sumqayıt şəhərini içməli su ilə təchiz edən 450 mm diametrli magistral su kəmərinin kollektoruna qanunsuz qoşulma verib, buradan 1 km-ə yaxın məsafəyə su xətti çəkib. Həmin ərazidəki qaraj kimi fəaliyyət göstərən obyektdə də sudan qanunsuz istifadə olunub.
Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan İstifadə Qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.
Bu ilin I rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı "Azərsu” üzrə 2 093, Sumqayıt şəhəri üzrə 117 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 566 min və 27 kubmetr həcmində sərfiyyat bərpa olunub. Sudan qanunsuz istifadə ilə bağlı 60 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Sumqayıtda sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb - FOTOLAR

8-04-2022, 16:27 461

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101