Sumqayıtda Serhat Kabaklının yubiley tədbiri keçirilib

Aprelin 19-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Əli Kərim adına Sumqayıt Poeziya Evinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan görkəmli türk şairi və ictimai xadimi, Türk Ədəbiyyatı Vəqfinin başqanı Serhat Kabaklının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı ekspozisiyayla tanış olmuşlar.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı Türkiyə və Azərbaycan arasında olan mədəni ələqələrdən bəhs etmiş və yubilyarın ümumtürk ədəbiyyatındakı fəaliyyətindən danışmışdır.
"Türk Ədəbiyyatı” jurnalının baş redaktoru, tanınmış türk yazıçısı İmdat Avşar Serhat Kabaklının həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir.
Sonra söz Milli Məclisin Mədiniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayevaya verilmişdir. O, Türkiyə və Azərbaycan arasında mədəni-ədəbi əlaqələrin inkişafında Serhat Kabaklının xüsusi xidmətləri olduğunu qeyd etmiş, onu yubileyi münasibəti ilə təbrik etmişdir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Sumqayıt şəhəri ilə mədəni münasibətlərin inkişafına verdiyi töhfələrə görə və 70 illik yubileyi münasibətilə Serhat Kabaklını Regional İdarənin "Fəxri Fərmanı” ilə təltif etmiş, eyni zamanda Türk Ədəbiyyatı Vəqfinin 03 aprel 2022-ci il tarixli 2022/3 saylı qərarına əsasən Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilməsi ilə bağlı sənədi qəbul etmişdir.
Tanınmış sumqayıtlı şairlər, prezidentin fərdi təqaüdçüləri Ofelya Babayeva və Əşrəf Veysəlli çıxış edərək yubilyarla bağlı öz ürək sözlərini söyləmiş, onu təbrik edərək xatirə hədiyyələri təqdim etmişlər.

Sumqayır Dövlət Dram Teatrının aktyorları, əməkdar artistlər İzaməddin Bağırov və Cəlal Məmmədov şairin şeirlərini söyləmiş, Aşıq Roman Azaflı və Aşıq Elməddin Məmmədli şairin şeirlərini saz havaları ilə ifa etmişlər.
Dünya Gənc Türk Yazarları Birliyinin rəhbəri, gənc şair İntiqam Yaşar Dünya Gənc Türk Yazarlar Birliyi və Sumqayıt Poeziya evi adından yubiley təltifini yubilyara təqdim etmişdir.
Sonda çıxış edən Serhat Kabaklı ona olan diqqət üçün tədbirin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür etmiş, Sumqayıt şəhərinə olan özəl sevgilərini dilə gətirmişdir.
Tədbiri yekunlaşdıran Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından yubilyarı təbrik etmiş, Türk Ədəbiyyatı Vəqfinin onun adına imzaladığı Təşəkkür Məktubunu qəbul etmişdir.


20-04-2022, 16:40 262

Digər xəbərlər

Sumqayıt üzrə aprelin pensiya ödənişləri yekunlaşıb

İşdən çıxarılan Rəşad Əhmədalıyevin böyük sərvəti ortaya ÇIXDI - Siyahı adamı heyrətləndirir

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar - FOTO

Sumqayıtda konsert biletləri zorla satılır? – AÇIQLAMA

Sumqayıtda məlumat lövhəsi təhlükə yaradır? – Sakinlər narazıdır-VİDEO

Metroda giriş-çıxış bağlandı, sərnişinlər tuneldə qaldı

Sumqayıtın deputatı Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq tədbirlərdə iştirak edib-FOTOLAR

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumun işi Ali Məhkəmədə

Sumqayıtda şəhid Kənan Allahverdiyev adına yol yararsız vəziyyətə düşüb –ŞİKAYƏT

Sumqayıtlıların NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq

Sumqayıtda baş memar postu ona həvalə edilib - FOTO

Türkiyə universitetlərinin nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

Sumqayıt Regional Mərkəzinin əməkdaşı Azərbaycan çempionatında medal qazandı

Sumqayıt məktəbliləri üçün vacib xəbər: 9-cu sinif buraxılış imtahanı aprelin 26-da keçiriləcək

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da evə buraxıldı

Sumqayıtda yarımstansiyaların yaxınlığında aparılan tikinti işlərinə AYDINLIQ GƏTİRİLDİ - VİDEO

“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı

Şikayət: Sumqayıtda bataqlıqlar artıb, yağış suları çəkilmir - VİDEO

AQTA-dan Sumqayıt məktəbləri ilə bağlı ciddi açıqlama: 21 məktəbdə sanitar pozuntular aşkarlanıb

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

1 2 3 4 5 6 7 8 9 10 ... 1042
Dünən, 18:51
Dünən, 18:18
Dünən, 18:12
Dünən, 17:41
Dünən, 15:09
Dünən, 14:16
Dünən, 13:49
Dünən, 10:51
Dünən, 09:58
20-04-2026, 23:24
20-04-2026, 22:50
20-04-2026, 18:22
20-04-2026, 18:17
20-04-2026, 18:12
20-04-2026, 18:06
20-04-2026, 15:00
20-04-2026, 12:56
20-04-2026, 12:34
20-04-2026, 11:25
20-04-2026, 10:35
20-04-2026, 08:00
19-04-2026, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1042