Sumqayıt şəhərində məişət zorakılığı mövzusunda təlim keçirilib - FOTO


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə  Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən icra olunan  "Sumqayıt şəhəri və yaxın bölgələrdə əhalinin qadın hüquqları və onların müdafiə mexanizmləri barədə maarifləndirilməsi, hüquq pozuntularına məruz qalmış qadınlara sosial xidmətlərin təşkili” layihəsi  çərçivəsində 20 aprel 2022-ci il tarixində Sumqayıt şəhərində  "Ailədaxili zorakılığa qarşı hüquqi müdafiə tədbirləri”  mövzusunda təlim  keçirilmişdir. 

Təlimi giriş sözü ilə layihənin rəhbəri  Zenfira Mustafayeva açaraq layihənin məqsədi və mərami haqqında iştirakçılara geniş məlumat vermişdir.
Təlimdə təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü,vəkil və mediator Şəfa   Camalzadə çıxış edərək iştirakçılara məişət zorakılığı nədir , bu sahəni nizamlayan qanunvericilik, bu sahədə şikayətlərə baxan qurumlar , ailədaxili zorakılığın səbəbləri və nəticələri haqqında geniş məlumat vermişdir.
Şəfa Camalzadə təlim zamanı həmçinin, qadınlara qarşı münasibətdə ayrı-seçkilik, digər hüquq və azadlıqlarının pozuntusu, qadın və uşaqlar üçün qorunma mərkəzləri, dövlət və qeyri-dövlət sığınacaqları, bu sahədə beynəlxalq təcrübələrdən geniş danışmışdır.
Təlim zamanı real kazuslardan istifadə edilərək iştirakçılar ilə maraqlı qrup məşğələləri keçirilmiş, ailədaxili zorakılıq mövzusunda qısametrajlı film nümayiş etdirilmişdir. 
Təlimdə 33 nəfər  olmaqla  insan hüquqlarının müdafiəsi sahəsində çalışan qurumların nümayəndələri, praktik hüquqşunaslar, psixoloqlar, vəkillər iştirak etmişdirlər. 
Təlimin qiymətləndirilməsi və qadın hüquqlarının pozuntusuna şərait yaradan amillərin  öyrənilməsi barədə təlim iştirakçıları ilə sorğular keçirilmişdir.
Təlim zamanı iştirakçılar ilə mövzu ətrafında  aktiv müzakirələr aparılmış və təlimin sonunda  iştirakçılara sertifikat təqdim olunumuşdur.

Qeyd edək ki, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB və Sumqayıt şəhərində yeni fəaliyyətə başlamış Qadın Resurs Mərkəzi ilə sıx əməkdaşlıq edir. Təlimdə Resurs Mərkəzinin üzvləri  və əməkdaşları da iştirak etmişdirlər.

22-04-2022, 21:10 354

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101