Sumqayıtda "Narkomaniyaya Yox Deyək!" adlı konfrans keçirilib -FOTO


Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi və Sumqayıt şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə fərqli formatda "Narkomaniyaya Yox Deyək!" adlı maarifləndirici konfrans keçirilib.

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə görüşdə yalnız tələbələr deyil, eyni zamanda valideyn və müəllim heyəti iştirak edib.
Görüşü giriş çıxışı ilə Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil mərkəzinin direktoru Gülşən Ömərova açaraq, qonaqları və iştirakçıları salamlayıb. O, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin prioritet məqsəd və vəzifələrdən biri olduğunu, narkomaniyaya  qarşı mübarizəni  gücləndirməklə gələcəyimizi, sağlamlığımızı, dövlətçiliyimizi  daha da möhkəmləndirmiş olduğumuzu vurğulayib. 
Konfrans zamanı natiqlər Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev,
Sumqayıt şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov,
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular əsasında  tələbələrə ,,Ağ Ölüm" adlanan bu bəlanın nə qədər təhlükəli olduğu barədə məruzə ediblər, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını bildiriblər, dövlət və ictimai qurumlarla yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyini vurğulayıblar.
Sonra  Sumqayıt şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş "Narkomaniyaya yox deyək adlı!" videotəqdimat nümayiş olunub. 
Sonda Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev tələbə, valideyn və müəllim heyətinin suallarını cavablandırıb, konfrans diskusiya şəklində davam edib.
Foyedə, tədbirin formatına uyğun olaraq, mərkəzin tələbələri : 
"Kompüter operatoru" ixtisası üzrə təhsil alan Murad Əliyevin foto,
"Dərzi" ixtisası üzrə təhsil alan Fidan Əliyevanın rəsm sərgisi nümayiş etdirilib.



28-04-2022, 10:15 188

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102