Sumqayıtda inklüziv veloyürüş keçirilib


Sumqayıt Bulvarında Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Milli Paralimpiya Komitəsi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Velosiped Federasiyası və Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99 cu ildönümünə həsr olunmuş yeniyetmə, gənc və böyüklər arasında inklüziv veloyürüş keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqəsəd Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunması, şəhərdə idmanın kütləviliyinin artırılması, fiziki məhdudiyyətli şəxslərdə Paravelosiped idman növünə maraq oyatmaq, onların cəmiyyətə inteqrasiyası, özünəinam hissinin qüvvətlənməsi, həmçinin reabilitasiya imkanlarının genişləndirilməsinə eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaqdır. 
Veloyürüşdə 8 əlil velosipedi, 2 uşaq əl velosipedi, 1 serebral velosiped, 2 tandem gözdən əlil köməkçinin müşayətilə sürülən velosiped və sağlam velosipedçilrədən ibarət 30 - a yaxın  iştirakşı cəlb olunmuşdur.
Tədbirdə cıxış edənlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri Amid Həsənquliyev və Sumqayıt Tibb Mərkəzinin publik hüquqi şəxsi Səkinə Sadıqova bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətimizin gənclərə olan diqqət və qayğısının peşəkar idmançılarla yanaşı sağlamlıq imkanları məhdud gəncləri də əhatə etdiyini, onları idmana həvəsləndirərək özünəinamını bərpa etdiyini bildirmişlər.
Sonda veloyürüşün iştirakçılarına Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fəxri Fərmanlar təqdim olunmuşdur.

14-05-2022, 12:00 291

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102