Sumqayıt şəhərində KOB Fest sərgi-satış yarmarkası keçirilib

Nəsimi Parkında təşkil olunan “KOB Fest”də Sumqayıt şəhəri və ətraf rayonlardan olan 70-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satılıb.  
Sumqayit.tv bildirir ki, Yarmarkada yerli istehsal ilə yanaşı, təhsil, informasiya texnologiyaları, maliyyə və digər sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda “KOB Fest” çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.
Yarmarkada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkili Müşviq Məmmədli və digərləri çıxış edərək tədbirin Sumqayıt şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən istehsal olunan məhsulların tanıdılması, satışına dəstək olmaq, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətli oldğunu bildiriblər.
Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca beşincidir və saat 20.00-dək davam edəcəkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir, Gəncə və Lənkəran şəhərlərində təşkil edilib. Bu yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyunun 18-də Quba şəhərində, iyul ayında isə Şəki şəhərində keçirilməsi planlaşdırılır.










13-06-2022, 12:40 302

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102