Sumqayıtda qadın və 2 körpəsini taksidən zorla düşürən sürücü həbs edildi

Bu günlərdə Sumqayıtda müştəriyə qarşı xuliqanlıq hərəkətləri etməkdə təqsirli bilinən taksi sürücüsü həbs edilib.
Sumqayit.tv-nin məlumata görə, hadisə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Liman” klinikasının qarşısında baş verib. Belə ki, taksi şirkətlərdən birinin sisteminə qoşulmuş 1988-ci il təvəllüdlü Taleh Məmmədov sifariş əsasında “Renault” markalı avtomobili ilə klinikanın qarşısındakı 35 saylı binanın yaxınlığına gələrək gözləyib. Bir qədər keçdikdən sonra xanım müştəri 2 körpəsi və çantaları ilə ona yaxınlaşıb. Sürücü qadına onu 16 dəqiqədir gözlədiyini bildirərək irad tutub və buna görə əlavə ödəniş tələb edib. Müştəri isə bundan imtina edib. Taksi sürücüsü sükan arxasından düşərək arxa oturacağa əyləşmiş qadını və körpələrini zorla aşağı düşürüb və sürərək uzaqlaşıb.
Hadisə barədə qadının polisə müraciət etməsindən sonra axtarış tədbirləri həyata keçirilib və bir neçə gün sonra Taleh saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə zərərçəkən qadın bildirib ki, 2 uşağını özü ilə gətirdiyinə və yükü çox olduğuna görə taksiyə 2-3 dəqiqə gec yaxınlaşıb. Bu zaman sürücü onu təhqir edərək maşından düşürüb. O, həmçinin taksi sürücüsünün onları maşından endirdikdən sonra içində 10 kiloqram ət, xalça və paltarlar olan çantasını da özü ilə apardığını bildirib.
Taleh Məmmədov isə qadının dediklərini inkar edib: “Sərnişin proqramda müəyyən olunmuş vaxtda taksiyə yaxınlaşmadı, onu 16 dəqiqə gözləmək məcburiyyətində qaldım. Gəlib 2 uşaqla birgə əyləşdi. Ondan niyə gec gəldiyinin səbəbini soruşdum və əlavə pulun verilməli olduğunu bildirdim. Lakin o, pulu verməkdən imtina etdi və mənə qarşı nalayiq ifadələr işlətdi. Onları aparmaqdan imtina edərək avtomobilimdən düşmələrini tələb etdikdə qadın imtina edərək avtomobilin qapısını əli ilə saxladı. Sükan arxasından düşərək sərnişinin qapısını örtüb həmin yerdən uzaqlaşdım. Həmin vaxt avtomobilində heç bir əşya qalmayıb”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə taksi sürücüsü 34 yaşlı Taleh Məmmədova 10 sutka həbs cəzası verilib.

13-06-2022, 14:23 239

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102