Sumqayıt teatrı mövsümə “Xəzinə” tamaşası ilə yekun vuracaq

Sumqayıt Dövlət Dram Teatrı teatr mövsümünün sonunda gərgin iş rejimində çalışır. Bu günlərdə teatrın kiçik səhnəsində Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi Xalq artisti Firudin Məhərrəmovun quruluşunda növbəti dəfə nümayiş olunub.
Teatrdan Sumqayit.tv-yə bildirilib ki, eyni zamanda, Rövşən Ağayevin “Bir gecənin nağılı” əsərinin tamaşasına baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssam Elşən Sərxanoğlu, plastik həlli isə Vüsal Mehrəliyevə məxsusdur. Tamaşa iki gəncin təsadüfi görüşü üzərində qurulub. Fərqli xarakterə malik bu gənclər tamaşa boyu gərgin psixoloji hallardan keçirlər. Onlar ictimai-sosial mühitdə müşahidə olunan bir çox neqativ epitetlərə qarşı çıxaraq, sonda eyni hissləri bölüşürlər. Gənclərin həyatından bəhs edən bu tamaşanın premyerası iyulun 8-nə planlaşdırılıb.
İyulun 6-da isə son məşqləri gedən Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşasına baxış keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Tamaşada teatrın yaşlı və orta nəsil aktyorları ilə yanaşı, gənc aktyorlar da yer alıblar.
Teatr mövsümünün bağlanışı iyulun 13-də “Xəzinə” tamaşasının nümayişi ilə yekunlaşacaq. Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Nizami Gəncəvinin “880 illik” yubileyi çərçivəsində dövlət sifarişi əsasında hazırlanan bu tamaşa Nizami Gəncəvinin “Xəmsə” əsərinin motivləri əsasında Hafiz Ataxanlının müəllifliyi ilə ərsəyə gəlib. Quruluşçu rəssam Elşən Sərxanoğlu, rəssam Nizami Dadaşov, musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, plastik həlli Vüsal Mehrəliyevə məxsusdur.









5-07-2022, 16:50 304

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102