Sumqayıtın ilk poliqrafiya rəhbəri

Tanınmış yazıçı-publisist, respublika Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Əməkdar jurnalist Eyruz Məmmədovun Sumqayıtın qurucularından biri, şəhərin ictimai-mədəni həyatında yarım əsrə qədər fəal iştirak etmiş, Sumqayıt mətbəəsinin yaradıcısı və 30 il onun rəhbəri olmuş, onu Sovetlər Birliyində şöhrətləndirənfədakar, unudulmaz insan, Respublikanın Əməkdar poliqrafçısı Surxay Bayram oğlu Məmmədovun keçdiyi şanlı və şərəfli ömür yolu haqqında maraqlı və zəngin xatirələrlə dolu "Atam haqqında xatirələrim” adlı kitabı bu günlərdə "Azəri-poliqrafiya” nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir.
Eyruz müəllimin qələmə aldığı bu xatirə kitabında atası Surxay Məmmədovun həyat və fəaliyyəti geniş şəkildə işıqlandırılır, onun II Dünya müharibəsi zamanı keçdiyi döyüş yolundan və müharibədən sonrakı dövrdə Sumqayıtın inkişafı yolunda uzun illər göstərdiyi xidmətlərdən ətraflı bəhs edilir. Kitabda həmçinin əmək və müharibə veteranının cəbhə və iş yoldaşlarının, o dövrlərdə şəhərə rəhbərlik etmiş məsul şəxslərin, dostlarının, doğmalarının-əzizlərinin xatirələri geniş yer almışdır. 1950-ci illərdən başlayaraq ötən onilliklərdə Surxay müəllimlə yaxın təmasda çalışmış şəxslərin - şəhərin kimya sənayesinin yaradıcılarından olmuş Fərhad Zeynalovun vəƏliş Mustafayevin, Sumqayıt şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Kamal Axundovun və müavini Kərim Axundovun,müxtəlif dövrlərdə şəhərə rəhbərlik etmiş Şənlik Əliyevin, Minarə Tahirovanın, Vaqif Əliyevin, məşhur inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Aslan Osmanovun, Respublika Səhiyyə nazirinin müavini Ağadadaş İbrahimovun, Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin,Sumqayıtın adlı-sanlı həkimləri -şəhərin 1 №-li xəstəxanasının baş həkimi Dünyamalı Qasımovun,Təcili-tibbi yardım xəstəxanasının baş həkimi İzzət Sadıxovun, "Şöhrət” ordenli cərrah Cəfər Quliyevin, Sumqayıtın nəqliyyat müəssisələrinin nüfuzlu rəhbərləri olmuş Sahib Qarayevin və Əlqəmə Orucovun, metallurgiya zavodlarının direktorları Emil Paşayevin və Adil Məmmədovun, 1980-ci illərdə Corat kənd Sovetinin sədri olmuş İsgəndər Qasımovun,şəhər Mədəniyyət şöbəsinin müdiri Zərifə Təhməzovanın,Təhsil şöbəsinin müdiri Xeyransa Verdiyevanın,partiya-sovet işçisi Məmmədəli Tağıyevin, respublikanın Əməkdar jurnalistləri Oqtay Cəfərovun, Rəhman Orxanın, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun, Prezident mükafatçısı, yazıçı-publisist Arif Ərşadın Surxay Məmmədov haqqında maraqlı xatirələri və publisistik məqalələri böyük maraq doğurmaqla oxucuda Surxay müəllimin bir əmək adamı və şəxsiyyət kimi dolğun obrazını yaradır. Məhz bu xatirələrdən fərəhlə öyrənmək olur ki, vaxtiə gənc Surxay müəllimin toyunun aparıcısı xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğun olmuş, məşhur müğənnilərXan Şuşinski və Sara Qədimova öz mahnıları ilə toyu daha da rövnəqləndirmişlər. O da maraqlıdır ki, Xalq şairi Nəriman Həsənzadə öz xatirəsində qeyd edir ki, "Surxay müəllimin mənim həyatımda və yaradıcılığımda rolu böyük olub. Buna görə ona həmişə minnətdar olmuşam”. Məsələ ondadır ki, vaxtilə "Mübariz keşikdə” qəzetinin sürücüsü olmuş Nəriman Həsənzadənin Moskvanın M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunması, dünya poeziya aləminə qovuşa bilməsi üçün foto-müxbir ştatına keçməsinə baş redaktor, polkovnik Maksimovu "mədəni şəkildə aldadaraq”, Surxay müəllim nail olmuşdu.  
Surxay müəllimin həyatının bu cür maraqlı fakt və epizodları ilə zəngin olan, 300 nüsxə tirajla nəşr edilmiş kitabın məsul redakroru yazıçı Arif Ərşad, redaktoru Nərmin Eyruzqızı, korrektoru isə Leyla Xandır.
Şübhə yox ki, unudulmaz, gözəl insan Surxay Məmmədovun 100 illik yubileyinə həsr edilmiş bu xatirə kitabı onun cəbhə və iş yoldaşlarının, doğmalarının-əzizlərinin, dostlarının və onu tanıyan bütün sumqayıtlıların marağına səbəb olacaqır.
Fidan Muxtar

15-07-2022, 17:19 219

Digər xəbərlər

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

"Sumqayıt" klubu baş məşqçisi ilə əməkdaşlığı davam etdirəcək

Sumqayıt sənaye zonası Azərbaycanın qeyri-neft ixracının əsas mərkəzinə çevrilib

Prezident ŞƏT tədbirində çıxış etdi

Sumqayıtda məktəb yaxınlığında anti-sanitariya vəziyyəti – sakinlər narazıdır -FOTO

Sumqayıtın mərkəzində ağır tonnajlı maşın problemi – "Qarabağ" kinoteatrının qarşısı dayanacağa çevrilib - FOTO

Sumqayıtda 13 yaşlı uşaq boğulma nəticədə həyatını itirdi

Sumqayıtlı avtomobil həvəskarı klassik maşını ilə Bakı sərgisində - FOTO

Sumqayıtda dənizkənarı evlər kirayə mənzil proqramına daxil edildi

1 2 3 4 5 6 7 8 9 10 ... 963
Dünən, 16:45
Dünən, 16:34
Dünən, 16:00
Dünən, 15:40
Dünən, 15:28
Dünən, 15:23
Dünən, 12:09
Dünən, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
28-08-2025, 12:33
28-08-2025, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 963