Sülh küçəsində qəza baş verib. Bu haqda bu gün, 16 iyul tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, hadisə “Dədə Qorqud” restoranının önündə qeydə alınıb. Burada “Opel” və “Lada” markalı minik avtomobilləri toqquşub. Nəticədə birincinin sağ qapısı əzilib. Hadisə zamanı “Opel”-də olan sərnişin yüngül xəsarət alıb.