Sumqayıt şəhərində “İndoneziya günü” adlı tədbir keçirilib. Bu haqda
Sumqayit.tv xəbər verir.
İndoneziya ilə Azerbaycan arasında diplomatik əlaqələrin 30 iliyinə həsr edilən tədbir Göyərçin parkında baş tutub. Tədbirdə İndoneziya mədəniyyətinin inciləri nümayiş etdirilib. Burada quraşdırılan səhnədə maraqlı rəqslər, ürəkaçan mahnılar səsləndirilib.
Park ərazisinə gələn qonaqlar üçün 2 çadır quraşdırııb. Burada onlara çay, qəhvə, İndoneziyanın milli təamları təqdim olunub.