Sumqayıtda şəhid jurnalist Sirac Abışovun doğum günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və aparatın əməkdaşları 22 iyul Milli Mətbuat günü ilə əlaqədar Kəlbəcər rayonunda minaya düşərək şəhid olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun Sumqayıt şəhər Şəhidlər xiyabanında olan məzarını ziyarət edib, Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin və Şəhidin məzarı üzərinə gül dəstələri düzüblər.
Yeni Azərbaycan Partiyasının nümayəndələri ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ziyarət zamanı Şəhidin yaxınlarına başsağlığı verən Ramiz Hüseynov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə mətbuat nümayəndələri də bütöv Azərbaycan xalqı kimi Ali Baş Komandanımız İlham Əliyev cənablarının ətrafında dəmir yumruq kimi birləşərək xüsusi fədakarlıqla çalışıblar. Sirac Abışov da öz şərəfli və məsuliyyətli xidməti vəzifəsinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş və orada tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Bütün Şəhidlərimiz kimi Sirac Abışovun da əziz xatirəsi yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar mətbuat nümayəndəsi kimi gördüyü işlər heç vaxt unudulmayacaq.
Qeyd edək ki, Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 14 iyun 2021-ci ildə imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mənbə:Xeberle.com 





22-07-2022, 20:10 214

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102