Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri Sülh küçəsində səki köşk tərəfindən zəbt olunub.
Sumqayit.tv-yə verilən məlumata görə, bununla bağlı bir qrup sahibkar öz etirazını çatdırıb.
Onlar yazdıqları məktubu imzalı formada Sumqayit.tv-nin redaksiyasına göndərib. Sənədlərin sürətini sizə təqdim edirik. Sahibkarlar iddia edir ki, köşk Vüqar Səfa oğlu Behbudova məxsusdur.