Sumqaıtda şəhidin doğum günü qeyd edilib - FOTOLAR


Qubadlı şəhidi Vüsal Allahverdiyevin doğum günü qeyd edilib. Bununla əlaqədar Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Sumqayit.tv Xeberle.com-a istinadən xəbər verir ki, Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, həmçinin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin ruhuna dualar oxunub.
Çıxışlarda qeyd edilib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar, qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin- Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Bildirilib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə Qələbə qazandıq, ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Prezident İlham Əliyevin "Dəmir yumruğ”u tarixi ədaləti bərpa etdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.
Daha sonra şəhidin atası Tahir Allahverdiyev şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Allahverdiyev Vüsal Tahir oğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub. 2006-cı ildə Qubadlı şəhər 2 saylı tam orta məktəbini bitirərək Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsinə daxil olub və həmin universiteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
2012-2015-ci illərdə bank sistemində çalışıb. 2020-ci ilin iyulun 14-də Tovuz hadisələrində general-mayor Polad Həşimov şəhid olduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etmiş və qeydiyyata alınıb. O, oktyabrın 1-də könüllü olaraq Vətən müharibəsinə getmiş, Cəbrayıl istiqamətində həmlə bölüyünün tərkibində döyüşlərdə iştirak edib.
Vüsalın son döyüşü 2020-ci ildə oktyabrın 30-da Xocavənd istiqamətində olub. Hücum zamanı üzbəüz döyüşdə partlayış-qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt şəhər "Şəhidlər xiyabanı"nda dəfn olunub.




17-08-2022, 22:19 308

Digər xəbərlər

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

15 İyun: Müstəqil Azərbaycanın taleyini dəyişən dönüş nöqtəsi

Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb

Prezidentdən son dəqiqə Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ölkə üzrə Milli Qurtuluş Günü qeyd olunur

Sumqayıtda baxımsız qalan ərazi tülkülərin məskəninə çevrilib?-VİDEO

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 01:40
Dünən, 19:13
Dünən, 18:51
Dünən, 11:42
Dünən, 11:39
Dünən, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1063