Sumqayıtda kiçik yaşlı uşaqlar üçün nağıl-tamaşa hazırlanıb.
Sumqayit.tv xəbər verir ki, Nizami Gəncəvi adına Kitabxana klubunda təşkil olunan əyləncə saatında 64 nömrəli “Novruzgülü” uşaq bağçasının kiçik yaşlı tamaşaçıları iştirak ediblər. Nağıl otağında onlara kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Tık-Tık" xanımın nağılı” və “Cırtdan” nağıl-tamaşası təqdim olunub.