Bakı sakini Sumqayıtda kafedə vəfat edib.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Kafelərdən birinin müştərisi, Bakı şəhər sakini 61 yaşlı K. Əliyev əyləşdiyi stolun arxasında qəflətən dünyasını dəyişib. Onun ürəktutmasından öldüyü bildirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.