Müharibə Ukrayna ilə deyil, ABŞ-ladır - POLİTOLOQ ŞƏRH ETDİ

“Amerika prezidenti Co Baydenin Polşaya səfəri planlaşdırılsa da, Ukraynaya səfəri hamımız üçün gözlənilməz oldu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, ani baş tutan səfər gözlənilməz olduğu qədər əhəmiyyətli idi: “Belə ki, ABŞ lideri bu ziyarətlə iki istiqamətə mesaj ötürdü. Co Baydenin Kiyevin küçələrində görünməsi, ilk növbədə, Ukrayna dövlətinə və xalqına, eyni zamanda, bu ölkəni dəstəkləyən qərbdən olan müttəfiqlərinə stimul verdi. Belə ki, Ağ Ev rəhbərinin məlum ziyarəti Ukrayna dövlətinə və xalqına siyasi, mənəvi və hərbi dəstəyi ifadə etməklə yanaşı, həmçinin, Rusiya qorxusundan təlaş keçirən Avropa dövlətləri üçün də önəmli idi. Co Bayden Ukraynanın fonunda Avropa dövlətlərinə çatdırmaq istədi ki, narahat olmayın, ABŞ birinci və ikinci dünya müharibəsində olduğu kimi, Avropanın təhlükəsizliyi üçün əlindən gələni edəcək.
İkinci mesaj isə heç şübhəsiz ki, Moskvaya, daha dəqiq desək, birbaşa Vladimir Putinə ünvanlanmışdı. Yəni, Bayden Putinə anlatmaq istədi ki, "sənin ölkən nə qədər nəhəng olursa-olsun, Ukraynanı zəif görməyə çalışmayın”.
Politoloq Elçin Abdullayev sözlərinə əlavə edərək bildirdi ki, Vaşinqton Kiyevi sizin qarşınızda tək buraxmayacaq. Bütün siyasi, iqtisadi, ideoloji, hərbi, kəşfiyyat və s. riçaqlardan istifadə etməklə Ukraynanın yanında olacağıq". Bir sözlə, Bayden bu səfərlə Putinə müharibəni Ukrayna ilə deyil, bizimlə aparırsan mesajını açıq şəkildə ötürmüş oldu. Eyni zamanda, Baydenin Kiyevdə verdiyi açıqlamaları, bölgənin gələcəyinə yönəldilmiş mesaj kimi də qəbul etmək olar. Yəni, ABŞ prezidentinin ölkəsinin Ukraynanın müdafiəsi üçün radarlarla, artilleriya sursatları ilə, tank əlehinə sistemlərlə təchiz edəcəyini deməsi, Rusiya-Ukrayna müharibəsinin yaxın zamanlarda başa çatmayacağından xəbər verir.
Əksinə, veriləcək mesaj Moskva-Kiyev qarşıdurmasının ikinci ili birinci ildəkindən daha sərt, daha amansız olacağı deməkdir. Bir sözlə, Ukrayna-Rusiya müharibəsinin ikinci ilinə keçdiyi bir ərəfədə Baydenin Kiyevə ziyarət etməsi və məlum mesajları verməsi, Ukrayna meydanlarında hələ çox qanların axıdılacağının qarantıdır”.

23-02-2023, 14:47 222

Digər xəbərlər

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

Azərbaycan–Özbəkistan qardaşlığı: Ortaq gələcəyə uzanan strateji yol

1 2 3 4 5 6 7 8 9 10 ... 1101
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
20-08-2026, 09:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1101