TƏCİLİ: İsraildən sonra 5 nöqtə PARTLAYACAQ: siyahıda Zəngəzur da var – detallar CANLIda

 

Yaxın Şərqdə müharibə hər dəqiqə qızışır. İsrail orusu və radikal HƏMAS qruplaşması qadınlara və uşaqlara belə aman vermədən, bir-birini öldürməyə davam edir. Bölgə qan içində boğulur, Qəzza zolağı isə xarabalığa çevrilir. İran və ya digər oyunçular istənilən vaxt bu münaqişəyə müdaxilə edə bilər. Bunun fonunda başqa fikir ayrılıqları da üzə çıxır. Daha kim köhnə məsələləri güc yolu ilə həll etməyə hazırdır?
Bu barədə “Tsarqrad”da yayımlanan məqalədə deyilir.
“HƏMAS-ın işğalından əvvəl İsrail siyasi böhran içində idi. Ölkədə Netanyahu hökumətinə və onun məhkəmə islahatlarına qarşı vaxtaşırı etirazlar keçirilirdi. Bu vəziyyətdə Netanyahu hökuməti birtəhər milləti birləşdirməli idi. HƏMAS işğalı da burada faydalı oldu. Eyni zamanda israillilər nəhayət Qəzza zolağı ilə məsələni bağlamaq qərarına gəliblər”, - məlumatda deyilir.
Məqalədə sual olunur ki, ardınca hansı ölkələr mövcud problemlərinin hərbi yolla həllinə çalışacaq?
“Bəzi məlum nöqtələr var:
Tayvan
Pekin və Taypey arasında münaqişə 2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya rəsmi səfəri zamanı kəskinləşdi. Eyni zamanda Vaşinqton demək olar ki, açıq şəkildə bəyan edir ki, Tayvanı yerləşdiyi yerə görə çinlilərə verməyəcək. Tayvan birinci ada zəncirinin kritik qovşağındadır. Bunun fonunda Yaponiya artıq Çin ordusuna müqavimət göstərmək üçün dəniz xüsusi təyinatlıları yaradır.
Ermənistan və Azərbaycan
İrəvan artıq Bakını yaxın bir neçə həftə ərzində “işğala” hazırlaşmaqda ittiham edib. Azərbaycan yəqin ki, Zəngəzur dəhlizi problemini həll etmək üçün gücdən istifadə edəcək.
Hindistan və Pakistan
Yeni Dehli və İslamabad 1947-ci ildə müstəqillik əldə etdikdən sonra ərazi mübahisəsi yaşayır. Mübahisənin əsas mövzusu Kəşmirin mülkiyyətidir.
Koreya yarımadası
Şimali Koreya fəal şəkildə silahlanır və nüvə silahı yaradır. Bunun fonunda ABŞ regionda hərbi mövcudluğunu artırır. Amerikanın nüvə sualtı gəmisi “Kentukki” 1981-ci ildən bəri ilk dəfə Cənubi Koreya sularında peyda olub. Vəziyyət hər an alovlana bilər.
Afrika
Bu qitədə də vəziyyət indi ağırdır. Niger burada əsas arenaya çevrilə bilər. Və Fransa indi oradan qoşunlarını çıxarsa da, Paris hər an qərarı dəyişə bilər. Bu yaxınlarda Yelisey sarayında məsələnin güc yolu ilə mümkün həlli ilə bağlı bəyanatlar səsləndi. Fransızların ordusundan istifadə edə biləcəyi əsas marionet Nigeriyadır. Öz növbəsində Burkina Faso və Mali artıq hər kəsə xəbərdarlıq ediblər ki, Nigerə istənilən müdaxiləni özlərinə qarşı müharibə elanı kimi qiymətləndirəcəklər”.
Təhlükənin miqyası böyüdükcə nələr baş verə bilər? Azərbaycan bu prosesləri necə tənzimləyəcək? Təhlükə ölkəmizə çatmasın deyə hansı önləyici addımlar atmalıyıq? Eyni zamanda Qarabağda baş verən proseslər hansı istiqamətə doğru gedir?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi jurnalist Səxavət Məmmədlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

13-10-2023, 15:30 192

Digər xəbərlər

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

Prezident İranın Məclis sədrini qəbul etdi - FOTOLAR

Sumqayıt Azərbaycanda ən çox yaşlı əhalinin yaşadığı şəhərdir

Beynəlxalq olimpiadalarda parlayan azərbaycanlı şagird-FOTO

Sumqayıtda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçiriləcək

Tağıyev qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olur-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1067
Bu gün, 16:08
Dünən, 22:22
Dünən, 19:35
Dünən, 15:32
Dünən, 14:18
Dünən, 13:55
Dünən, 12:27
Dünən, 12:05
Dünən, 09:58
Dünən, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
1 2 3 4 5 6 7 8 9 10 ... 1067