Azərbaycanda yaşayan yəhudilər Şəhidlər xiyabanında 20 Yanvar xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları önünə gül dəstələri qoyublar


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.
.
Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycanda yaşayan yəhudilər bu gün Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.
İlk olaraq Magen David Azərbaycan, Qadın İnkişaf Maarifləndirmə İctimai Birliyi, Magen David International Center for Women və Azərbaycan Yəhudi Media Mərkəzinin kollektivləri “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Daha sonra təşkilat rəhbərləri media qarşısında 20 yanvar anım günü ilə bağlı öz fikirlərini bildiriblər.
.
"Magen David Azərbaycan"in rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov:
Şəhidlərimizin xatirəsi hər birimiz üçün müqəddəsdir. Çünki onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. 20 Yanvar faciəsini ürəkağrısı ilə xatırlasaq da, bu tarixi, eyni zamanda, Azərbaycan xalqının şanlı günü kimi qeyd edirik. Azərbaycan xalqı azadlıq mübarizəsini axıradək davam etdirərək müstəqilliyə qovuşdu. Belə övladları olan xalq məğlubedilməzdir. Bu gün Şəhidlər xiyabanına axışan insanlar onların xatirəsinə dərin ehtiramını bildirir.

.
Azərbaycan Yəhudi Media Mərkəzinin direktoru, Sumqayıt Yəhudiləri Dini İcmasının həmtəsisçisi Nəsimi Əbilov:
Şəhidlər ölməzdir, bu xiyaban isə müqəddəs ibadət yeridir. Şəhidlərin xatirəsi əbədiləşdirilib, onların uyuduğu məzarları ziyarət etmək bizim üçün mənəvi borcumuza çevrilib. Bu gün Şəhidlər Xiyabani torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canlarından keçmiş insanların dəfn olunduğu müqəddəs yerdir. Bu faciə bəşəriyyət tarixində qara səhifədir. Totalitar sovet rejiminin növbəti dəfə süqutu ərəfəsində milli azadlıq, öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi, yüzlərlə günahsız insanın kütləvi terror nəticəsində qətlə yetirilməsi və yaralanması bu rejimin cinayət mahiyyətini bütün dünyaya nümayiş etdirdi.

.
Bakıdakı Şəhidlər xiyabanında, 20 yanvar xatirə kompleksi önündə yaşanan izdihamı görərkən ümummilli lider Heydər Əliyevin sözləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
      

19-01-2024, 20:08 223

Digər xəbərlər

Sumqayıt teatrında iz qoymuş sənətkar

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 14:42
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
1 2 3 4 5 6 7 8 9 10 ... 961