Sumqayıtın yeni binalarında mənzil qiymətləri və alış şərtləri necədir? (ARAŞDIRMA)



Sumqayıt şəhərində son illərdə əmlak bazarında fəallıq, mənzil alanların sayında yüksəliş müşahidə olunur. İldən-ilə yeni tikilən binalar artır. Ehtiyaca görə ev alanlar yalnız gənc ailələr olmur, həm də orta yaş kateqoriyasından olan şəxslər də daşınmaz əmlakın bu növünə sərmaya yatırarmağa üstünlük verirlər. 
Bəs son illərdə "Gənclər şəhəri"ndə inşa olunan binalar hansı şirkətlərə məxsusdur, həmin binalarda mənzillərin qiyməti nə qədərdir, evlər hansı şərtlər daxilində alıcılara təklif edilir?
Xeberle.com olaraq Sumqayıtda yeni tikilmiş yaşayış komplekslərini, qiymətlərini və alış şərtlərini araşdırdıq.
Hazırda Sumqayıtda "Kristal Abşeron", "Çinar-2016" MTK, "Ayta İnşaat", "Aral Group", "PMD Group" MMC, "P.A.Group" və s. inşaat şirkətləri şəhərin müxtəlif hissələrində böyük yaşayış kompleksləri inşa edirlər.
▪ “Kristal Abşeron” inşaat şirkəti tərəfindən hazırda "Sumqayıt 10-cu mikrorayon" və "Sumqayıt Sahil Park 3" layihələri üzrə inşa edilmiş binalarda mənzillər satışa çıxarılıb. Qeyd edək ki, "Kristal Abşeron" inşaat şirkətində mənzil alışları nağd və kreditlə həyata keçirilir. Kredit şərtinə əsasən ilkin 30% ödəniş etməklə 1-3 illik 6%, 3-5 illik 7%, 5-10 illik 8%-lə, 10-20 illik kredit zamanı ilkin 20% ödənişlə, illik 10% olmaqla mənzilləri əldə edə bilərsiniz. 20 illik kredit zamanı rəsmi iş yeri tələb olunmur. 
"Sumqayıt 10-cu mikrorayon" layihəsi Sumqayıt şəhəri 10-cu mikrorayon, 24 nömrəli məktəbin yanında yerləşir.  Burada qiymətlər müxtəlif aralıqda dəyişir:
2 otaqlı – 37,9 m2 – nağd (51 544 AZN)
2 otaqlı – 57.1 m2 – nağd (75 372 AZN) 
3 otaqlı – 85.6 m2 – nağd (107 000 AZN).

Bu mənzilləri kreditlə aşağıdakı qiymətlər ilə əldə edə bilərsiniz:
2 otaqlı – 37.9 m2 – ilkin 10 344 AZN – 20 illik – aylıq 398 AZN
2 otaqlı – 57.1 m2 – ilkin 15 074 AZN – 20 illik – aylıq 582 AZN
3 otaqlı – 85.6 m2 – ilkin 21 400 AZN – 20 illik – aylıq 826 AZN.

"Sumqayıt Sahil Park 3" layihəsi isə Dənizkənarı bulvarda, Göyərçin abidəsinin aşağı hissəsinə yerləşir. Bu layihədə mənzil qiymətləri nisbətən yüksəkdir:
2 otaqlı – 61.8 m2 – nağd (82 812 AZN)
3 otaqlı – 97.2 m2 – nağd (136 800 AZN)
4 otaqlı – 109.5 m2 – nağd (153 300 AZN).
Kreditlə isə aşağıdakı qiymətlərlə əldə edə bilərsiniz:
2 otaqlı – 61.8 m2 – ilkin 16 562 AZN – 20 illik – aylıq 639 AZN
3 otaqlı – 97.2 m2 – ilkin 27 216 AZN – 20 illik – aylıq 1051 AZN
4 otaqlı – 109.5 m2 – ilkin 30 660 AZN – 20 illik – aylıq 1184 AZN.
▪ “Çinar-2016 MTK” inşaat şirkəti tərəfindən Sumqayıt şəhəri, Bulvar küçəsi, 19, 21 unvanında tikintisi başa çatmış mənzillər hazırda satışdadır. Satış qiymətləri mənzilin sahəsinə və otaq sayına görə dəyişir. Burada 3 otaqlı 107.1 m2 mənzilin qiyməti 117.810 AZN, 2 otaqlı 80.2 m2 mənzilin qiyməti isə 88 220 AZN-dir.
  Mənzilləri daxili kreditlə, 24 ay faizsiz, ilkin 30% ödəniş etməklə, 1 m2-ni 1200 AZN-dən əldə edə bilərsiniz. Tam ödəniş ediləcəyi təqdirdə mənzilin qiyməti 1 m2 üçün 1000 AZN-dən hesablanır.
▪ “Ayta İnşaat” tərəfindən Sumqayıt şəhər, 16-cı məhəllə, 20 yanvar küçəsində “Grand Park” yaşayış kompleksi inşa edilib. Bu kompleksdə 1 otaqlı 59.75 - 60.6 m2 mənzillərin qiyməti 59 750 AZN-dən , 2 otaqlı 60.5 - 103.8 m2 mənzillər 60 500 AZN-dən, 3 otaqlı 87.35 - 130.4 m2 mənzillər 87 350 AZN-dən, 4 otaqlı 154 m2 mənzillər isə 154 000 AZN-dən başlayan qiymətlərlə satışa çıxarılıb.
Daxili kredit ilə 30% ilkin ödəniş etməklə 36 ayadək hissə-hissə ödənişlə mənzilləri əldə edə bilərsiniz.
▪ “Aral Group” inşaat şirkəti tərəfindən Sumqayıt şəhər, Bulvar küçəsi, 27-33 ünvanında inşa edilmiş “Mirvari City” yaşayış kompleksindəki mənzillər də alıcılar tərəfindən xüsusi nüfuza malikdir. Yaşayış kompleksindəki mənzillərin qiymətləri müxtəlifdir. Belə ki, 2 otaqlı 57 m2 – 93 m2 mənzilin qiyməti 80 000 AZN - 93 000 AZN, 3 otaqlı 86 m2  - 138 m2 mənzilin qiyməti 86 000 AZN – 138 000 AZN, 4 otaqlı 146 m2  - 165 m2 mənzilin qiyməti 146 000 AZN – 155 000 AZN arasında dəyişir. Mənzilin nağd alışı zamanı 5% endirim edilir. Daxili kreditlə 30% ilkin ödəniş etməklə 36 ayadək hissə-hissə ödənişlə mənzilləri əldə edə bilərsiniz. Sərfəli ipoteka ilə isə 15% ilkin ödəniş etməklə 22 ilədək hissə-hissə ödənişlə mənzil sahibi ola bilərsiniz. Qeyd edək ki, bu layihənin 1-ci və 2-ci korpusundakı mənzillərin böyük əksəriyyəti həm də İpoteka və Kredit Zəmanət Fondu tərəfindən alınaraq vətəndaşlara xüsusi şərtlər daxilində (Satmaq öhdəliyi ilə kirayə mənzillər) illik 4 %faizlə, kv.metri 1250 AZN-dən olmaqla tam təmirli şəkildə satılıb. Hazırda tikilməkdə olan 3-cü korpusun da müvafiq şərtlər daxilində satışı nəzərdə tutulub.
▪ “PMD Group MMC” inşaat şirkəti tərəfindən Sumqayıt şəhər, Sahil küçəsi, 21 ünvanında tikilmiş “Xəzri Rezidens” yaşayış kompleksində 2 otaqlı 58.91 – 131.51 m2 mənzillər 73 638 AZN-dən, 3 otaqlı 102.48 – 185.95 m2 mənzillər 122 976 AZN-dən, 4 otaqlı 156.39 – 199.15 m2 mənzillər 190 796 AZN-dən başlayan qiymətlərlə satışa çıxarılıb. Qeyd edək ki, şəhərin ən dəbdəbəli inşaat layihələrindən olan bu kompleksdə mənzillərin qiyməti ötən ay 1m2  - 1250 AZN təşkil edirdisə, hazırda avqust ayının 25-dən etibarən endirim edilərək 1200 AZN olub.
▪ “P.A.Group” inşaat şirkəti tərəfindən Sumqayıt şəhər Bulvar küçəsi, Bulvar yolunun sonunda tikintisi bitmiş “Levent Beach City” yaşayış kompleksində mənzillərin qiymətləri otaq sayına və sahəsinə görə müxtəlifdir:
1 otaqlı – 50 m2  - 55 000 AZN
2 otaqlı – 72.86 m2 – 80 146 AZN, digər 2 otaqlı – 98.5 m2 – 108 350 AZN
3 otaqlı – 88.02 m2  - 96 822 AZN, digər 3 otaqlı – 116.5 m2  - 128 150 AZN.
Bu mənzilləri daxili kredit, tək şəxsiyyət vəsiqəsi, 60 ay faizsiz kreditlə aşağıda qeyd olunmuş şərtlərlə əldə edə bilərsiniz: 
1 otaq 50 m² (1m² = 1200 AZN) - ilkin ödəniş 15 000 AZN - 60 ay faizsiz - aylıq ödəniş 750 AZN
2 otaqlı 72.86 m² (1m² = 1100 AZN) - ilkin ödəniş 17 000 AZN - 60 ay faizsiz - aylıq ödəniş 992 AZN
2 otaqlı 98.5 m² (1m² = 1100 AZN) - ilkin ödəniş 20 000 AZN - 60 ay faizsiz - aylıq ödəniş 1390 AZN
3 otaqlı 88.02 m² (1 m² = 1050 AZN) - ilkin ödəniş 18 000 AZN - 60 ay faizsiz - aylıq ödəniş 1167 AZN
3 otaqlı 116.5 m² (1m² = 1050 AZN) - ilkin ödəniş 25 000 AZN - 60 ay faizsiz - aylıq ödəniş 1525 AZN.

Beləliklə, qeyd etdiklərimizə əsasən bəzi nəticələrə əsaslansaq. 2 otaqlı mənzillərdə ən ucuz satış 51 544 AZN olmaqla "Kristal Abşeron" inşaat şirkəti tərəfindən həyata keçirilərkən, ən baha satış (108 350 AZN) isə P.A.Group inşaat tərəfindən həyata keçirilir. 3 otaqlı mənzillərin ən ucuz (86.000 AZN) və ən baha (138 000 AZN) satış qiymətləri "Aral Group" inşaat şirkətindədir. 
Sumqayıtda ən baha mənzillər “PMD Group MMC” inşaat şirkəti tərəfindən tikilmiş “Xəzri Rezidens” yaşayış kompleksindəki 4 otaqlı və qiyməti 200 000-dən baha olan mənzillərdir. Yeni tikililər sırasında ən ucuzu isə “Kristal Abşeron” şirkətinin "Sumqayıt 10-cu mikrorayon" layihəsindəki 2 otaqlı (37,9 m2) 51 544 AZN qiymətə olan mənzillərdir.
Ümid edirik ki, Sumqayıtda mənzil almaq barədə düşünən oxucularımıza mənzil qiymətləri və alış şərtləri barədə ətraflı məlumat verərək az da olsa, köməklik etdik. Necə deyərlər, xeyirli olsun!

Aygün İsmayılova

31-08-2023, 13:30 561
Bu gün, 19:31
Bu gün, 19:25
Bu gün, 19:20
Bu gün, 19:10
Bu gün, 12:04
Bu gün, 11:26
Bu gün, 11:17
Bu gün, 09:13
30-11-2024, 12:37
30-11-2024, 12:27
30-11-2024, 12:22
30-11-2024, 12:06
29-11-2024, 15:50
29-11-2024, 15:48
29-11-2024, 11:03
29-11-2024, 11:01
29-11-2024, 10:51
29-11-2024, 10:39
29-11-2024, 10:31
28-11-2024, 18:03
28-11-2024, 17:59
28-11-2024, 17:41
28-11-2024, 17:33
28-11-2024, 17:30
28-11-2024, 17:28
28-11-2024, 17:25
28-11-2024, 17:21
27-11-2024, 14:23
26-11-2024, 13:29
26-11-2024, 13:18
26-11-2024, 12:53
26-11-2024, 12:50
26-11-2024, 11:30
26-11-2024, 11:24
26-11-2024, 11:04
26-11-2024, 11:02
25-11-2024, 20:23
25-11-2024, 19:13
25-11-2024, 18:45
25-11-2024, 17:23
1 2 3 4 5 6 7 8 9 10 ... 905