Hörmət və etimad üzərində qurulmuş əlaqələr


Qalib Azərbaycan dövləti beynəlxalq aləmdə öz iqtisadi və siyasi nüfuzunu günü-gündən daha da yüksəltməkdədir.
Azərbaycanın artan iqtisadi imkanları ölkəmizi xarici tərəfdaşlar üçün cəlbedici edir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz xarici siyasətində Avropa dövlətləri ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Belə ölkələrdən biri də Bolqarıstan Respublikasıdır. Ölkələrimiz arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Azərbaycan-Bolqarıstan arasındakı diplomatik münasibətlər 5 iyun 1992-ci ildən qurulmuşdur. Bolqarıstanın Bakıdakı səfirliyi 1999-cu ildə, Azərbaycanın Sofiyadakı səfirliyi isə 2005-ci ildə fəaliyyətə başlamışdır. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində iqtisadi, siyasi, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf etmişdir.
Bolqarıstan – Azərbaycan əlaqələri müasir mərhələdə artıq yeni və daha yüksək səviyyəyə qalxmaqdadır. Bolqarıstan Respublikasının Prezidenti Cənab Rumen Radevin 2024-cü ilin 8 mayında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinə önəmli töhfələr vermiş oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Bolqarıstan dövlət rəhbərinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda bir çox maraqlı məqamlar yer almışdı. Ölkə başçımız bildirdi ki, Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi 2015-ci ildən bir-biri ilə daha sıx əlaqədədirlər. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq hər iki dövlət üçün yeni imkanlar açır. Fəal siyasi dialoq bütün istiqamətlər üzrə əlaqələrimizin genişləndirilməsinə, dərinləşməsinə və yeni nəticələrin əldə edilməsinə imkan verir. Son vaxtlar ölkələrimiz arasında ticarət dövriyyəsi də bir neçə dəfə artmışdır. Həmçinin Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilmişdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Daha sonra ölkə başçımız Cənab İlham Əliyev əlavə etdi ki, Azərbaycan və Bolqarıstan arasındakı əməkdaşlığın əsas məqsədi həm ticarət dövriyyəsinin artımında, həm də energetika sahəsində daha yaxşı nəticələri əldə etməkdir. Azərbaycan tərəfdaş dövlətlərlə, o cümlədən Bolqarıstan Respublikası ilə “yaşıl enerji kabeli” layihəsi istiqamətində fəal iş aparır. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kmi deyil, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Nəqliyyat sahəsi də önəmli əməkdaşlıq istiqamətidir.
Bolqarıstan Respublikasının Prezidenti Cənab Rumen Radevin 8 may 2024-cü il tarixində ölkəmizə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”, “Azərbaycan Hava Yolları” QSC və “Bulgaria Air” SC arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel İnvestment” arasında Anlaşma Memorandumu” sənədləri imzalandı.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Bolqarıstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir. Deməli, iki ölkə arasında əməkdaşlıq böyük perspektivlərə malikdir.

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi: Nigar Qocayeva

13-05-2024, 12:26 477

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972