Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!


Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarından biridir. Təqribən 5 min illik dövlətçilik tarixinə malik olan Azərbaycan öz mədəniyyətinin, adət-ənənələrinin, ədəbiyyatının, elm və təhsilinin tərəqqisindəböyük nailiyyətlərə imza atıb. Hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən vacib xüsusiyyətlərindən biri onun yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Azərbaycan bütün tarixi dövrlərdəbəşər mədəniyyətinə əvəzsiz töhfələr vermişdir.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə tariximizdə yeni bir səhifənin başlanğıcı qoyuldu. İstiqlal Bəyannaməsininelan edilməsi xalqımızın müstəqil dövlətə sahib olmaq iradəsinin təntənəsi idi. Azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. 
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, dövlətçiliyimizin bərpası baxımından müstəsna əhəmiyyətə malik oldu.28 aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoysa da, azadlıqsevər xalqımız 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini yenidən bərpa etdi və bu dövlət müstəqilliyinin qorunub saxlanmasına, möhkəmləndirilməsinəUlu Öndər Heydər Əliyev əvəzsiz töhfələr verdi. Ulu Öndər 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi əhəmiyyətini son dərəcə yüksək qiymətləndirmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir” fikirləri tarixin sınağından keçmiş hikmətli sözlərdir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan bayrağının bu gün artıq işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. Dövlət başçımız qeyd edir ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz və dövlətçiliyimiz ötən hər gün daha da möhkəmlənir. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu Qanun dövlətçilik ənənələrimizin əbədi yaşayacağını bir daha təsdiq edir.Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin səsləndirdiyi “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!” ifadələri hər birimizi sonsuz qürurlandırır.

Vasif Səfiyarov
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi


27-05-2024, 19:14 536

Digər xəbərlər

Sumqayıtda 31 yaşlı qadın 26 gündür tapılmır - Foto

Sumqayıtda kirayə mənzil fonduna 188 yeni mənzil əlavə olundu

Sumqayıtda qəzalı pilləkən qadının yıxılmasına səbəb oldu – Sakinlər təhlükədən narahatdır - FOTO

Sumqayıtda hava şəraiti pisləşəcək – Leysan yağış gözlənilir

İcbari sığorta ilə ən çox icra olunan əməliyyatlar açıqlanıb – Siyahıda Sumqayıt Tibb Mərkəzi də var

Sumqayıt İcra Hakimiyyəti 15-ci məhəllədəki tikinti şikayəti ilə bağlı cavab verdi

“Atalar məktəbi” proqramı Azərbaycanda fəaliyyətə başladı – Sumqayıt da layihəyə qoşulub - FOTO

Sumqayıt və Abşeron bölgəsində tibb müəssisələrinə elektron növbə terminalları quraşdırılıb

Bugün Sumqayıtda 2 min abonentin qazı kəsiləcək

Dekabr ayında pensiyalar bu tarixdə veriləcək

Sumqayıtda 7 aylıq körpə qızdırmadan ölüb

19 ölkənin alim və tədqiqatçıları Mingəçevirdə

Sumqayıtda sexin fəaliyyəti dayandırıldı - Video

Sumqayıtda Hafiz Baxış və Nəsimi küçəsində kanalizasiya fəlakəti - VİDEO

Kamran Əliyev Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

Zakir Fərəcov 7-8-12-ci məhəllədə sakinlərlə görüşdü-FOTO

Sumqayıtda tikinti işləri evə ziyan vurur: Prezident təqaüdçüsü serebral iflicli uşaq təhlükə altında yaşayır - FOTO/VİDEO

Kiberhücum cəhdinin qarşısı alındı: Mənzillərin seçimi uğurla başa çatdı

Sumqayıtda qısqanclıq zəmnində əkizlərin anasını öldürən ər məhkəmədə ifadəsini dəyişdi

"Sumqayıt" Azərbaycan Kubokunda 1/4 finalında

1 2 3 4 5 6 7 8 9 10 ... 994
Dünən, 20:07
Dünən, 17:21
Dünən, 15:52
Dünən, 13:55
Dünən, 12:56
Dünən, 12:18
Dünən, 12:01
Dünən, 11:51
Dünən, 11:40
Dünən, 09:12
Dünən, 08:29
6-12-2025, 18:48
6-12-2025, 13:27
5-12-2025, 17:57
5-12-2025, 17:06
5-12-2025, 16:12
5-12-2025, 11:55
5-12-2025, 10:58
5-12-2025, 10:56
4-12-2025, 23:17
4-12-2025, 22:01
4-12-2025, 18:45
4-12-2025, 17:44
4-12-2025, 16:40
4-12-2025, 16:34
4-12-2025, 14:31
4-12-2025, 13:54
4-12-2025, 12:50
4-12-2025, 12:47
4-12-2025, 12:28
4-12-2025, 12:25
3-12-2025, 22:37
3-12-2025, 17:46
3-12-2025, 14:19
3-12-2025, 12:27
3-12-2025, 11:58
3-12-2025, 11:20
3-12-2025, 11:04
2-12-2025, 23:12
2-12-2025, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 994