Sumqayıt və Lənkəran yaşayış komplekslərində güzəştli mənzil seçimi başa çatıb


Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri olan Sumqayıt Yaşayış Kompleksinin 392 mənzili və Lənkəran Yaşayış Kompleksində 152 mənzilin, ümumilikdə 544 mənzilin satışına saat 11-də başlanılıb.
Sumqayit.tv
FED.az-a istinadən xəbər verir ki, bu sözləri agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov jurnalistlərə açıqlaması zamanı söyləyib.
Onun sözlərinə görə, mənzillər qısa müddət ərzində vətəndaşlar tərəfindən seçilib və əksəriyyətinin mənzil sifarişi ərizəsi təqdim olunub.
“Qeyd edim ki, agentliyin fəaliyyəti dövründə ümumilikdə 16 satış həyata keçirilib və güzəştli mənzil sistemində bu günədək uğurla qeydiyyatdan keçmiş, elektron kabinet əldə etmiş şəxslərin sayı 38 mindən çoxdur. Bu gün satışa çıxarılan Sumqayıt Yaşayış Kompleksində mənzillər 2 və 3 otaqlı, Lənkəran Yaşayış Kompleksində isə 3 və 4 otaqlıdır. Gözləmə qaydasında mənzil seçimi dekabrın 10-da saat 11-də olacaq və dekabrın 14-dək davam edəcək. Gözləmə qaydasında vətəndaş seçilmiş mənzili ardıcıl olaraq gözləmə qaydasında seçə bilər. Mənzil onu gözləmə qaydasında seçmiş birinci şəxsə, daha sonra isə ikinci şəxsə təqdim olunacaq”, - şöbə müdiri əlavə edib.
MİDA rəsmisi, həmçinin vurğulayıb ki, qurum tərəfindən üç layihənin icrası davam edir: “Bunlar Binəqədi, Şirvan və Yevlax Yaşayış kompleksləridir. Bu layihələrdə ümumilikdə 3 minə yaxın mənzilin inşa olunacağı gözlənilir”. (Azərtac)

6-12-2024, 12:57 197

Digər xəbərlər

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

Qubada ağır qəza: Sumqayıt sakini xəsarət aldı-VİDEO

Maraqlı statistika: Gəlir azaldıqca ailə üzvlərinin sayı artır

Tanışını "qəzəlxan" dediyi üçün bıçaqladı – Hökm açıqlandı

Laçının zəfərdən inkişafa aparan böyük yolu

SDU magistraturasına qəbul olunanların nəzərinə: Bu sənədlər tələb olunur

Corat sakinləri köhnə qaz borularından narazıdır: "Giriş-çıxışımız məhdudlaşıb"-VİDEO

Sumqayıtda 20-yə yaxın ailə bir aydır susuzluqdan əziyyət çəkir

Sumqayıtda avqust ayının pensiyalarının veriləcəyi tarix açıqlandı

9-cu mikrorayonda zibil qutuları sakinlərin etirazına səbəb olub-FOTO/VIDEO

Sumqayıtda 8,2 milyon manatlıq yeni investisiya: 100-dən çox iş yeri açılacaq

Sumqayıt Şəhər İcra Hakimiyyəti rəqəmsal transformasiyada yeni mərhələyə keçdi

Aktau–Sumqayıt fiber-optik xəttinin dəniz hissəsinin tikintisi başa çatdı

Sumqayıtda yataqxana sakinlərini narahat edən sual: Bu bina söküləcək?

620 AZN aylıq ödənişlə Sarayda mənzil sahibi olmaq imkanı

MİDA adı ilə 27 min manatdan çox dələduzluq edən şəxslə bağlı qərar dəyişmədi

Türkiyədə Azərbaycan musiqisi və poeziyası bir araya gəldi

1 2 3 4 5 6 7 8 9 10 ... 1094
Bu gün, 10:21
Bu gün, 01:57
Dünən, 22:00
Dünən, 17:02
Dünən, 16:37
Dünən, 14:41
Dünən, 14:38
Dünən, 13:53
Dünən, 13:15
Dünən, 12:46
Dünən, 12:04
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:18
Dünən, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
5-08-2026, 11:33
5-08-2026, 10:51
4-08-2026, 20:32
4-08-2026, 18:10
4-08-2026, 17:05
4-08-2026, 14:32
4-08-2026, 12:11
4-08-2026, 11:49
4-08-2026, 11:45
4-08-2026, 11:34
4-08-2026, 11:24
4-08-2026, 09:24
4-08-2026, 08:42
3-08-2026, 17:24
3-08-2026, 17:22
3-08-2026, 17:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1094