Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pislədi


Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir.
İcmadan yə verilən açıqlamada bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.
Qeyd olunub ki, Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini hec vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib: “Levon Aronyan Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırcasına Ermənistana qaçan Serj Sarqsyan Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər”.
“Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki Levon Aronyan Azərbaycan torpaqları işğal altında olarkən 2015-ci ildə Bakıda keçirilən turnirdə – özü də elə Dünya Kubokunda – iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində qələbəsi Levon Aronyanı məyus edib. Levon Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı, həqiqətən də, insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır”, – açıqlamada vurğulanıb.

19-09-2023, 09:30 186

Digər xəbərlər

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

Qubada ağır qəza: Sumqayıt sakini xəsarət aldı-VİDEO

Maraqlı statistika: Gəlir azaldıqca ailə üzvlərinin sayı artır

Tanışını "qəzəlxan" dediyi üçün bıçaqladı – Hökm açıqlandı

Laçının zəfərdən inkişafa aparan böyük yolu

SDU magistraturasına qəbul olunanların nəzərinə: Bu sənədlər tələb olunur

Corat sakinləri köhnə qaz borularından narazıdır: "Giriş-çıxışımız məhdudlaşıb"-VİDEO

Sumqayıtda 20-yə yaxın ailə bir aydır susuzluqdan əziyyət çəkir

Sumqayıtda avqust ayının pensiyalarının veriləcəyi tarix açıqlandı

9-cu mikrorayonda zibil qutuları sakinlərin etirazına səbəb olub-FOTO/VIDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1094
Bu gün, 15:39
Bu gün, 14:15
Bu gün, 13:41
Bu gün, 12:48
Bu gün, 12:41
Bu gün, 12:32
Bu gün, 12:14
Bu gün, 10:21
Bu gün, 01:57
Dünən, 22:00
Dünən, 17:02
Dünən, 16:37
Dünən, 14:41
Dünən, 14:38
Dünən, 13:53
Dünən, 13:15
Dünən, 12:46
Dünən, 12:04
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:18
Dünən, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
5-08-2026, 11:33
5-08-2026, 10:51
4-08-2026, 20:32
4-08-2026, 18:10
4-08-2026, 17:05
4-08-2026, 14:32
4-08-2026, 12:11
4-08-2026, 11:49
4-08-2026, 11:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1094